Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Prezident İlham Əliyevin Qazaxıstana səfəri böyük əhəmiyyətə malikdir

0

  •       Qafqaz əhali tərkibinin zənginliyinə görə dünyanın ən unikal bölgəsidir. Belə ki, burada bir çox xalqların nümayəndələri yaşayırlar. Azərbaycan bu coğrafiyanın lider dövlətidir və onsuz bu məkanda heç bir əhəmiyyətli layihəni həyata keçirmək mümkün deyildir. Ölkəmiz özünün güclü dövlət olduğunu 44 günlük Vətən müharibəsi zamanı bir daha təsdiq etdi. Uzun illər düşmən tapdağı altında inləyən torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Azərbaycan Ordusunun rəşadəti sayəsində qısa müddət ərzində mənfur düşməni darmadağın edib kapitulyasiya aktına imza atmağa məcbur etdi. 30 illik həsrətə son qoyan Azərbaycan, müharibənin bitməsinin ardından işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə başladı. Qısa zaman kəsiyində infrastrukturun böyük hissəsi bərpa edildi. İndi azad edilmiş ərazilərdə infrastrukturla bərabər yaşayış məntəqələri, digər zəruri obyektlər inşa edilir. Artıq həmin ərazilərin sakinləri səbirsizliklə öz doğma yurdlarına qayıtmaq üçün günləri sayırlar.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Son iki ildə beynəlxalq müstəvidə nüfuzu artan Azərbaycanın, Türk dövlətləri arasında da nüfuzu artmaqdadır. Məzkəzi Asiyada yerləşən Türk dövlətləri - Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan - Azərbaycanla sıx əməkdaşlıq edirlər. Bunu son iki ildə bu ölkələrin dövlət başçıları səviyyələrində edilən qarşılıqlı səfərlər də təsdiq edir . Bu ölkələr arasında Qazaxıstanla ölkəmiz arasında münasibətlər özünəməxsus xarakter daşıyır. Vaxtilə Qazaxıstan Azərbaycanın MDB üzvlüyünə qəbul edilməsində vasitəçilik missiyasını öz üzərinə götürərək ölkəmizin mövqeyini dəstəkləmişdi. Daha sonra Azərbaycan Qazaxıstan neftinin Avropaya daşınmasında müstəsna rol oynamışdır. Vətən müharibəsi zamanı da Qazaxıstan KTMT üzvü olaraq Ermənistanın deyil, yalnız Azərbaycanın mövqeyini dəstəkləmişdir. Göründüyü kimi son illər Türk dövlətləri arasında əməkdaşlıq və dostluq münasibətləri daha da geniş vüsət almışdır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Aprelin 10 - da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasına növbəti səfər etmişdir. Yüksək səviyyədə qarşılanan Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım - Jomart Tokayev ilə əvvəlcə məhdud, daha sonra isə geniş nümayəndə heyəti tərkibində görüşlər keçirmişdir. Görüşdə iki qardaş ölkə arasında iqdisadi, siyasi və mədəni sahədə qarşılıqlı əməkdaşlığa dair bir çox məsələlər müzakirə edilmişdir. Ümumiyyətlə indiki zamanda Türk dövlətləri srasında çox güclü münasibətlər mövcuddur. Ötən əsrin 90 - cı illərində bu ölkələr arasında çox zəif iqtisadi və siyasi əlaqələr mövcud idi. Bu da müəyyən məsələrdə bu dövlətlərin beynəlxalq miqyasda mövqelərinin zəifləməsinə gətirib çıxarırdı. Lakin sonralar Türkiyə - Azərbaycan - Qazaxıstan öncüllüyündə Mərkəzi Asiyada yerləşən digər Türk dövlətləri də sıx şəkildə qarşılıqlı münasibətlər qurmağa başladılar.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Qazaxıstanla Azərbaycan arasındakı dostluq münasibətlərinin kökü sovetlər dönəminə gedib çıxır. Bu iki ölkə arasındakı isti münasibətlərin yaranması ilk növbədə Ümummilli Lider Heydər Əliyev və Qazaxıstanın o zamankı dövlət Başçısı Nursultan Nazarbayevin adı ilə bağlıdır. Bu iki Liderin şəxsi dostluğu iki ölkə arasındakı münasibətlərə də sirayət etmişdir. SSRİ dağıldıqdan sonra da iki ölkə arasındakı münasibətlər dəyişmədi. Məhz Türkiyə - Azərbaycan - Qazaxıstan arasındakı dostluq münasibətləri digər Türk dövlətlərinin də Türk dövlətləri birliyinə səbəb oldu. Hal - hazırda Türk dövlətləri arasında sıx qarşılıqlı dostluq münasibətləri formalaşmışdır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Qazaxıstanla Azərbaycan arasında iqtisadi münasibətlər digər Mərkəzi Asiya Türk dövlətlərinə nisbətən daha yüksək səviyyədədir. Belə ki, son illər digər Türk dövlətləri ilə Azərbaycan arasındakı iqtisadi münasibətlərdə artım 70 faizdirsə, Qazaxıstanla bi rəqəm 7 dəfədən çoxdur. Məhz bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana sonuncu səfəri böyük əhəmiyyətə malikdir və iki ölkə arasındakı münasibətlərin daha da inkişaf etməsinə böyük töhfələr verəcəkdir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Eldəniz Məhərrəmov,Xocalı rayon sakini
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib51 dəfə
    Prezident İlham Əliyevin Qazaxıstana səfəri böyük əhəmiyyətə malikdir

    Maraqlı gələ bilər
    37
    78